1181 azyaşlı şagird ola bilmədi

1181 azyaşlı şagird ola bilmədi
  19 Avqust 2014    Oxunub:2365
Xüsusi istedadlı uşaqların müsahibəsi davam edir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzVision.az-a verilən məlumata görə, bu günə qədər qeydiyyatdan keçən 2697 nəfər müsahibələrdə iştirak edib, 98 nəfər isə iştirak etməyib.

Müsahibələrdə iştirak edən uşaqların 1515 nəfəri I sinfə qəbul olub, 1182 nəfər isə müsahibədən keçə bilməyib.

Qeyd edək ki, hazırda 3448 nəfər qeydiyyatdan keçib. Qeydiyyat avqustun 20-dək, müsahibələr isə sentyabrın 10-dək davam edəcək.

Sevinc İltifatqızı
AzVision.az


Teqlər:  





Xəbər lenti