109 ədəd partlamamış hərbi sursat aşkarlanıb

109 ədəd partlamamış hərbi sursat aşkarlanıb
  05 May 2016    Oxunub:1389
Mayın 4-də cəbhəyanı ərazilərdə 109 ədəd partlamamış hərbi sursat və 3 ədəd mina aşkar aşkarlanıb.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 04 may 2016-cı il tarixində Tərtər, Füzuli və Ağdam rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat yayıb.

Hesabata əsasən, Tərtərin Qaynaq kəndində 1 ədəd 122 mm-lik partlamamış top mərmisi aşkar edilərək götürülüb. Tərtər şəhərinin Nizami küçəsində yerləşən ev 49A, mənzil 44 ünvanında yerləşən binanın zirzəmisində 2 ədəd piyada əleyhinə POMZ-2 minaları aşkar edilərək götürülüb.

Füzuli rayonu, Alıxanlı kəndində 4 ədəd 125 mm-lik tank mərmisi və 1 ədəd 120 mm-lik minaatan mərmisi aşkar edilərək götürülüb. Ağdamın Əfətli kəndində, Qarqar çayı ilə axıb gəlmiş 1 ədəd piyada əleyhinə mina PMN-E mina aşkar edilərək götürülüb. Çəmənli kəndində isə 1 ədəd 152 mm-lik top mərmisi aşkar edilərək, götürülüb.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 4 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı şəhərində 419 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbirstanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 5 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 413 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti