106 əlil istirahətə göndərildi
Həmin insanlar istirahət və sağlamlıq mərkəzlərinə xüsusi nəqliyyat vasitəsi ilə aparılıb-gətirilirlər.
Əlilliyi olan şəxslərin yola salınması tədbirində bu təbəqədən olan insanların maddi və mənəvi tələbatlarının ödənilməsinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial siyasət kursunun əsas istiqamətlərindən biri olduğu vurğulanıb. Aylıq sosial müavinət və əmək pensiyası ilə təmin olunanların 35 faizə qədərinin əlilliyi olan şəxslərdən və sağlamlıq imkanları məhdud uşaqlardan ibarət olduğu, bu sosial ödənişlərin mütəmadi olaraq artırıldığı qeyd olunub.
Həmçinin il ərzində nazirliyin reabilitasiya mərkəzlərində 8 mindən çox əlilliyi olan şəxsə bərpa müalicə xidməti göstərildiyi, onların sosial reabilitasiyası və məşğulluq imkanlarının dəstəklənməsi üçün tədbirlərin ildən-ilə gücləndirildiyi diqqətə çatdırılıb.
İstirahətə göndərilən əlilliyi olan şəxslər sosial cəhətdən həssas insanların rifah halının yaxşılaşdırılması yönündə aparılan işlərə, habelə ölkəmizin səfalı guşələrində mənalı istirahətlərinin təşkil olunmasına görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Aytən Zəhra
AzVision.az
Teqlər: