103 manata görə 84 yaşlı qadını öldürdü

103 manata görə 84 yaşlı qadını öldürdü
  30 İyun 2016    Oxunub:2263
Quba rayonunda törədilən dəhşətli qətlin üstü açılıb.
AzVision.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyunun 27-də Quba RPŞ-yə şübhəli şəxs qismində gətirilmiş Amsar kənd sakini İlham Aslanov izahatında cari il mart ayının 21-də qarət məqsədi ilə şəhər sakini, 84 yaşlı Gülpəri Musayevanın evinə girməsini, onu iplə boğaraq öldürüb oradan 103 manat pul aparmasını bildirib.

G.Musayevanın meyiti eksqumasiya edilib. İ.Aslanov tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti