1000 manat kredit üçün 750 maat maaş olmalıdır

1000 manat kredit üçün 750 maat maaş olmalıdır
  26 May 2016    Oxunub:3526
Manatın ikinci məzənnə dəyişikliyindən sonra banklar kredit verilişini xeyli çətinləşdirib. Bundan öncə yalnız şəxsiyyət vəsiqəsi ilə 2-3 min manatadək nəğd kredit götürmək mümkün idisə, hazırda bankdan azı min manat pul almaq üçün mütləq dövlət işində işləməli, ya da aylıq əmək haqqı minimum 500-700 manat civarında olmalıdır.
Paytaxt sakini Malik Əzimovun sözlərinə görə, o, min manat məbləğində kredit götürmək üçün yerli banklardan birinə müraciət edib. Bankdan ona bildirilib ki, min manat kredit əmək haqqı 750 manat olduğu halda verilə bilər.

Bundan əlavə kredit götürən və zamin şəxs mütləq Bakı qeydiyyatında olmalı, onların əmək haqları stabil və yüksək olmaldır.

Kredit şərtlərinin çətinləşdirilməsi bankları müştəri çatışmazlığı ilə üz-üzə qoyub.

Bank üzrə ekspert Əkrəm Həsənov AzVision.az-a açıqlamasında yerli sakinlərin bununla bağlı dəfələrlə ona müraciət etdiyini deyib. İqtisadçının fikrincə, qanunda bankın müştəridən maaş tələb etməsi öz əksini tapmasa da, banklar bu sahədə müstəqildirlər:

“Təbii ki, son proseslər, banklarla əhali arasındakı kredit qalmaqalları bankların işini ehtiyyatlı tutmasına gətirib çıxardı. İndi banklar növbəti dəfə belə hadisə ilə qarşılaşacaqlarından qorxurlar. Odur ki, maaş tələb etməkləri də normal qarşılanmalıdır. Amma burada maraqlı məqamlar var. Bank müştəriyə kredit verəndə vətəndaş aylıq gəlirinin müəyyən hissəsini banka ödədikdən sonra müəyyən hissəsi özündə qalmalıdır və bu, bir aylıq dolanışığına kifayət etməlidir. Əgər bu məbləğ ona yetmirsə, deməli bank üçün təhlükəyə çevrilə bilər”.

Ə.Həsənov qeyd edib ki, banklar risklərini özləri qiymətləndirdiyindən belə tələblər qoymaqda sərbəstdirlər. Amma konkret olaraq aylıq 750 manatlıq gəlir göstərilməsi absurddur.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti