100-dən çox separatçı məhv edildi

100-dən çox separatçı məhv edildi
  30 Avqust 2014    Oxunub:1444
Ukraynanın şərqində gedən döyüşlər səngimək bilmir. Donetsk ətrafındakı Snejniy yaşayış məntəqəsindəki son döyüşlərdə 100-dən artıq separatçı öldürülüb. Daha 300 nəfərdən artığı isə "Qrad" atəşi nəticəsində yaralanıb.
Rusiyaya məxsus 60-a yaxın tank Ukraynanın Mariupol şəhərinə yaxınlaşıb. Rusiya hərbi birləşmələri Bezımyannoe kəndində də Ukrayna ordusunun mövqelərini minomyotlarla atəşə tutur. "Bizim Rusiya tanklarına qarşı silahımız yoxdur. Mühasirəyə düşmüşük", deyə Ukrayna əsgərləri bildirib.

NATO isə Ukraynada olan Rusiya ordusunun peyk şəkilləri yayıb. Təşkilat rəsmlərinin dediyinə görə, bu özüyeriyən artileriya qüvvələridir ki, Ukraynanın şimalında Krasnadon yaxınlığındakı atəş mövqelərini əhatə edir. Moskva isə ittihamları təkzib edir.


Teqlər:





Xəbər lenti