10-cu sinif şagirdi qəza törətdi: müəllimi öldü

10-cu sinif şagirdi qəza törətdi:  müəllimi öldü
  20 Oktyabr 2014    Oxunub:2379
Göyçayda məktəbli atasının maşını ilə öz müəllimini vuraraq xəstəxanlıq edib.
AzVision.az anspress-ə istinadən xəbər verir ki, Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib. Hadisə günorta saatlarında Ləkçiplaq kəndində baş verib.

Belə ki, Ləkçiplaq kənd məktəbinin 10-cu sinif şagirdi, Yalman kənd sakini Ağa Əzizov atasına məxsus “VAZ 2104” markalı minik maşınını qaçırıb. O, qaçırdığı avtomobillə Məhəmməd Ömərovu vurub.

Hadisə şahidlərinin köməkliyi ilə xəsarət alan M.Ömərov dərhal rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, xəsarət alan Məhəmməd Ömərov Ləkçiplaq kənd 1 saylı orta məktəbin bədən tərbiyəsi müəllimidir.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti