`Səfir olsaydım Azərbaycanı necə təbliğ edərdim`

`Səfir olsaydım Azərbaycanı necə təbliğ edərdim`
  30 Noyabr 2015    Oxunub:2457
Demokratik İslahatçı Gənclər İçtimai Birliyi Azərbaycan Prezidentı yanında Gənclər Fodnunun maliyyə dəstəyi ilə Gəncədə “Səfir olsaydım, Azərbaycanı necə təbliğ edərdim” layihəsi çərçivəsində dəyirmi masa keçirib.

İctimai Birlikdən AzVision.az-a verilən məlumata görə, dəyirmi masada mərkəzi informasiya vasitələrinin fəaliyyət göstərən jurnalistləri, yerli mətbu orqanların əməkdaşları, blok və xəbər saytlarının rəhbərləri və dövrü mətbuatla fəal əməkdaşlıq edən gənclər iştirak ediblər.

Layihənin əsas məqsədi Azərbaycan həqiqətlərini, Qarabağ problemini dünyaya daha yaxından tanıtmaq məqsədilə mətbu sözün təsir gücündən səmərəli istifadəyə nail olmaq, eləcə də Azərbaycan haqqında Beynəlxalq aləmə daha dolğun və obyektiv məlumatlar çatdırmağa kömək göstərməkdir. Dəyirmi masada jurnalistlərin bu sahədə üzərinə düşən vəzifələr ətraflı müzakirə edilib, Beynəlxalq media səhifələrində Azərbaycanın təbliğində lobbiçilik siyasətinin qurulması və ondan səmərəli istifadə edilməsi xüsusi vurğulanıb.

Tədbirdə qeyd edilib ki, “Səfir olsaydım Azərbaycanı necə təbliğ edərdim” layihəsinə Gəncədə start verilməsi 2016-ci il Avropanın Gənclər Paytaxtı seçilən şəhərin bir sıra Beynəlxalq tədbirlərə ev sahibliyi edəcəyi və həmin tədbirlər zamanı Azərbaycan reallıqlarının təbliğinə daha mütəşəkkil və səviyyəli yönüm verilməsi ilə bağlıdır.

Demokratik İslahatçı Gənclər İctimai Birliyinin sədri Vüsalə Hüseynlı bildirib ki, layihənin öncə Gəncədən start verilməsi şəhərin 2016-cı il Gəncə Avropa Gənclər Paytaxtı kimi seçilibməsidir: “Bura artıq turistlər çox gəlib gedir, beynəlxalq gənclər təşkilatı mütəmadi səfərlər edirlər və biz də düşündük ki, gələn il öncəsi olaraq media nümayindələrinə dəstək olaraq, belə bir layihə həyata keçirək. Bu eyni zamanda, Gəncənin gənclər paytaxtı kimi tanıdılması üçün beynəlxalq aləmdə bir kompaniya aparılmasına dəstək olsun”. Müzakirələrdə ölkənin aparıcı medialarından Azvision.az, Lent.az, Modern.az, Yeni Azərbaycan, Yeni Musavat, Kaspi, Sia.az, Report.az Aznews.az və digər media qurumlarının nümayəndələri, gənclər çıxış edərək, təkliflər səsləndiriblər. Qeyd edək ki, layihə çərçivəsində növbəti tədbirlər İsmayıllı və Bakının müxtəlif rayonlarında şəhərlərində keçiriləcək.





Teqlər:  





Xəbər lenti