“Bazarstore”la bağlı xəbər yalan çıxdı

“Bazarstore”la bağlı xəbər yalan çıxdı
  23 İyun 2015    Oxunub:26154
Ötən gün bir sıra kütləvi informasiya vasitələrində yayılan “Bazarstore-da rüsvayçılıq” yazısı ilə bağlı təfərrüatları təqdim edirik.

Məsələ ilə əlaqədar şəbəkə rəhbərliyi tərəfindən aparılan araşdırma zamanı yazıda şərti adı Aygün Hüseynova kimi göstərilən “Brot Haus” firmasının işçisi və onun rəhbərliyi mağazaya dəvət olunub. Söhbət zamanı Aygün Hüseynovanın saytlarda yayılan məlumatdan xəbərsiz olduğu məlum olub. Aygün Hüseynova (şərti ad) bildirib ki, sayta şəxsən heç bir müraciət məktubu göndərməyib. Onun jurnalist qohumu təşəbbüs göstərərək yardım etmək məqsədilə sayta məktub göndərib.

Onu da qeyd edək ki, Aygün Hüseynova yazıda qeyd olunduğu kimi hüquq mühafizə orqanlarına da müraciət etməyib.

Xanımın sözlərinə görə, mağazada mühafizəçi vəzifəsində çalışan Elvin Musayev tərəfindən ona qarşı heç bir əxlaqsız davranış olmayıb: “Bəli, aramızda konflikt yaşanıb, amma göstərilən səviyyədə olmayıb. Elvin Musayev mənim telefonuma nə zəng edib, nə də SMS göndərib. Ümumiyyətlə mənim nömrəm onda olmayıb”. 5 aydan çoxdur ki, “Brot Haus” firmasının satıcısı kimi “Bazarstore”da çalışan Aygün Hüseynova mağazada yaşadığı bu konflikt barədə nə mağaza müdriyyətinə, nə də işçisi olduğu “Brot Haus” firmasının rəhbərliyinə məlumat verib. Onun jurnalist qohumu mühafizəçi Elvin Musayevin rəisi Asim Hüseynovun əlaqə nömrəsini əldə edərək ona zəng edib və məsələ barədə məlumat verib. Asim Hüseynov öz növbəsində onları mağazaya dəvət edərək problemi müzakirə etməyə çağırsa da gəlməyiblər və növbəti gün saytlarda təhrif olunmuş material dərc olunub. Aygün Hüseynova özü onun haqqında belə bir materialın internet saytlarında yayımlanmasından da narahat olduğunu bildirib. Və vaxtında “Bazarstore” müdriyyətinə müraciət etmədiyinə görə təəsüfləndiyini qeyd edib.



Teqlər:





Xəbər lenti