`Heydər Əliyev və Sumqayıt` albomunun təqdimatı keçirilib

`Heydər Əliyev və Sumqayıt` albomunun təqdimatı keçirilib
  10 May 2016    Oxunub:1667
Sumqayıtdakı Reduco Tədris Mərkəzində Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Gənc İstedadlara Dəstək Fondu tərəfindən həyata keçirilən “Ümummilli lider Heydər Əliyev irsi və gənclik” layihəsi çərçivəsində çap olunan “Heydər Əliyev və Sumqayıt” albomunun təqdimatı keçirilib.

Tədbirdə çıxış edən Gənc İstedadlara Dəstək Fondunun təsisçisi, əməkdar bədən tərbiyəsi və idman xadimi, Sumqayıt şəhər Bələdiyyəsinin sədr müavini Musa Həsənov Dahi Lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurucusu olduğunu, ulu öndərin ölkəmizi 90-cı illlərdə üzləşdiyi böhrandan çıxararaq onun inkişaf strategiyasını müəyyən etdiyini, bu strategiyanı uğurla icra etməyə başladığını qeyd etdi. M.Həsənov qeyd etdi ki, bu gün bu kurs ulu öndərin siyasi məktəbinin yetirməsi və davamçısı olan İlham Əliyev tərəfindən şaxələndirilərək uğurla tətbiq edilir.

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Ceyhun Hüseynov ulu öndərin gənclərə göstərdiyi qayğıdan, layihə rəhbəri, “168 saat” qəzetinin baş redaktoru Vüsal Məmmədov isə layihə çərçivəsində keçirilən tədbirlərdən danışdı, çap olunmuş albom barədə məlumat verdi.

Qeyd edək ki, fotoalbomda ulu öndər Heydər Əliyevin Sumqayıta etdiyi səfərlər fotolar və onların anatasiya xarakterli şərhi ilə təqdim edilir.



Teqlər:





Xəbər lenti