`Əlavə gəlir mənbələri tapmışıq` - Nazir müavini

`Əlavə gəlir mənbələri tapmışıq` -  Nazir müavini
  10 Fevral 2016    Oxunub:3532
"2016-cı ildə neft sektorundan büdcəyə daxilolmaların məbləği xeyli azalacaq. Amma biz bununla bağlı əlavə mənbələr axtarıb tapmışıq."
AzVision.az xəbər verir ki, bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Nazir müavini qeyd edib ki, qarşıdakı ildə ki, büdcəyə vergi daxilolmaları proqnozlarında neft-qaz sektorundan daxilolmalarda xeyli kəsir olacaq.

"Odur ki ,biz buna ciddi yanaşırıq. Bununla bağlı əlavə mənbələr tapılıb. Hesab edirik ki, büdcənin gəlir hissəsinin təmin olunmasında Vergilər Nazirliyi proqnozları tamamilə yerinə yetirəcək. Biz sahibkarlardan da xahiş edirik ki, onlar bu məsələləri nəzərə alsınlar və büdcəyə ödənilməli olan vergiləri tam həcmdə ödəsinlər. Belə olduğu təqdirdə, bizim heç bir problemimiz olmayacaq", - deyə S. Ələkbərov vurğulayıb.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti