`Azərbaycana dəstəyi davam etdirəcəyik` - Dünya Bankı
Onun sözlərinə görə, 2015-ci ilin birinci yarısında Azərbaycanda 5,7% iqtisadi artım qeydə alınıb: “Ötən ilin ikinci yarısında da iqtisadi artım tempi davam edib. Amma daha az sürətlə. Bütövlükdə isə qeyri-neft sektoru neft sektoru ilə müqayisədə daha sürətli templə artıb. Bu da təqdirəlayiq bir haldır. Qeyri-neft sektorunun ÜDM-də payının yüksəlməsi bir daha onu göstərir ki, iqtisadi siyasət düzgün istiqamətdə təşəkkül tapır”.
L. Leşçenko əlavə edib ki, Dünya Bankının hesablamalarına görə, yaxın gələcəkdə dünya bazarında neftin qiyməti aşağı olaraq qalacaq: “Dünya Bankı qlobal qeyri-müəyyən şəraitdə, neftin ucuzlaşdığı bir vaxtda Azərbaycana dəstəyini davam etdirəcək. Bu baxımdan neft gəlirlərindən asılı vəziyyətə düşməmək üçün, dayanıqlığının artırılması üçün iqtisadiyyatın şaxələndirilməsi vacibdir. Biz daxili və kənar risklərə qarşı müqavimətini artırmalıyıq. Çətin zamandır, amma çətin şərait dayanıqlı inkişaf üçün yeni imkanlar yaranır”.
Gültəkin Ələsgər
AzVision.az